Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-04-2024 , 22:15

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri: “Son üç ildə büdcə gəlirlərimizi  6.5 dəfə artırmışıq”


“Bərdə rayonu,  Gərənə Bələdiyyəsinin hazırda əsas məqsədi büdcə gəlirlərini artırmağa yönəlib” - bu fikirləri adıçəkilən bələdiyyənin sədri Ələmdar Ələsgərov  bildirib.

Sədrin sözləriə görə, bələdiyyə DSMF borclarını hələ 2014-ci ildən bağlayıb.  Bələdiyyə borcun olmaması və kənd ərazisində layihələrin icrası üçün var qüvvəsiylə çalışır.

Hazırda Gərənə bələdiyyəsi uzun illərdən bəri qurulmuş vergi-uçot sistemini təkmilləşdirməyə çalışır, bildirişlərin vaxtında paylanılması, habelə  vergi ödəyiciləriylə mütəmadi olaraq görüşlərin təşkil etməklə büdcə gəlirlərlərini vaxtında əldə etməklə vətəndaşların qaldırdığı problemlərin həllinə çalşırıq.

Məhz ötən il sakinlərin müraciətinə əsasən kəndarası yollarda təmir işlərinə  doqquz min manata yaxın vəsait xərclənib.  

BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat bazasına inteqrasıya edilməsi bələdiyyənin büdcə gəlirlərinə müsbət təsir edən amillərdən olsa da,  kənd ərazisində vətəndaşlara məxsus əmlakın səksən faizindən çox hissəsində çıxarış olmadığından bu inteqrasıyanı bələdiyyə dərindən hiss edə bilmir.

Büdcə gəlirlərinə toxunan sədr bildirb ki, 2020-cü ildə 863 manat torpaq vergisi,  980 manat icarə haqqı və   1970 manat  dotasiya ilə birgə büdcəyə  cəmi  3.793  manat daxil olub.

Ancaq bələdiyyə kollektivinin ciddi cəhdlərindən sonra 2023-cü ildə 745 manat  torpaq vergisi,  icarə haqqlarından 16.054 manat,   torpaq satışından  5.432 manat, 1.970 manat dotasiya, 16 manat əmlak vergisi olmaqla cəmi  24.517 manat büdcəyə maliyyə vəsaiti daxil olub.

Göründüyü kimi, üç il ərzində büdcə vəsaitlərinin həcmini  6.5 dəfə artırmağa nail olmuşuq.

Cari ildə də Bərdə RİH-in dəstəyi ilə büdcə gəlirlərini artırmaqla seçicilərimizin qaldırdığı məsələlərin sürətli həllinə nail olmağa çalışacağıq. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər